Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft ixracı həcminə görə liderlər açıqlanıb
- 01 noyabr, 2025
- 12:54
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektorunda 10 özəl şirkət 446,9 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirib ki, bu da ötən ilin eyni dövrü (237,7 milyon ABŞ dolları) ilə müqayisədə 88,01 % və ya 209,7 milyon ABŞ dolları çoxdur.
"Report"un İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, bu dövrdə Azərbaycanın özəl müəssisələri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı "Prime Cotton" MMC olub.
Şirkətin qeyd edilən dövr ərzində ixracı 90,8 milyon ABŞ dolları (14,21 % və ya 11,3 milyon ABŞ dolları çox) təşkil edib.
Azərbaycanın qeyri-neft məhsulları ixracatçısı olan TOP-10 şirkəti:
| Şirkət | 2025-ci ilin yanvar-sentyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə) | 2024-cü ilin yanvar-sentyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə) | Faiz fərqi |
| "Prime Cotton" MMC | 90,8 | 79,5 | 14,21 % |
| "Azerbaijan International Mining Company Limited" şirkətinin Azərbaycandakı nümayəndəliyi | 84,9 | 20 | 324,5 % |
| "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC | 46,5 | 32 | 45,31 % |
| "Baku Steel Company" QSC | 44,9 | 47,7 | -5,87 % |
| "Export Stream" MMC | 40,2 | 0 | - |
| "STP Alüminium" MMC | 31,5 | 5,4 | 483,33 % |
| "UYTROP" MMC | 29,1 | 0 | - |
| "Tabaterra" QSC | 28,3 | 27,5 | 2,91 % |
| "P-Aqro" MMC | 27,8 | 25,6 | 8,59 % |
| "Hoper" MMC | 22,9 | 0 | - |