Azərbaycanın özəl müəssisələrinin qeyri-neft-qaz ixracı üzrə reytinqi açıqlanıb

Biznes
  • 29 noyabr, 2024
  • 14:10
Azərbaycanın özəl müəssisələrinin qeyri-neft-qaz ixracı üzrə reytinqi açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın özəl müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi "MKT İstehsalat Kommersiya" MMC-yə məxsus olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın noyabr buraxılışında bildirilir.

Sənədə əsasən, şirkət 10 ay ərzində 87,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur.

Reytinq cədvəlində növbəti yerlərdə "Silk Vey Holdinq" MMC-yə məxsus "Silk Vey Vest Aviaşirkəti" MMC (75,6 milyon ABŞ dolları, 112,5 dəfə çox), "ASG Business Aviation" MMC (70 milyon ABŞ dolları, 4 375 dəfə çox), "Baku Steel Company" QSC (53,6 milyon ABŞ dolları, 8,5 % az), fiziki şəxs Gövhər Süleymanova (42,6 milyon ABŞ dolları, ötən ilin eyni dövründə ixracı olmayıb), "Azərsun Holdinq" MMC-yə məxsus "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC (İmişli Şəkər Zavodu, 34,5 milyon ABŞ dolları, 67,5 % çox), "Tabaterra" QSC (29,2 milyon ABŞ dolları, 40,7 dəfə çox), "Atena" MMC (28 milyon ABŞ dolları, 8,5 dəfə çox), “Azerbaijan International Mining Company Limited” (26,7 milyon ABŞ dolları, 49,7 % az) və "P-Aqro" MMC (25,7 milyon ABŞ dolları, 10,1 % az) qərarlaşıb.