Azərbaycanın Mərkəzi Asiya ölkələrinə əmtəə ixracından qazancı 2,3 dəfə artıb

Biznes
  • 21 avqust, 2023
  • 12:37
Azərbaycanın Mərkəzi Asiya ölkələrinə əmtəə ixracından qazancı 2,3 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi 922 milyon 413 min ABŞ dolları təşkil edib.

"Report" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 33,1 % çoxdur.

İl ərzində ixrac əməliyyatları 2,3 dəfə artaraq 169 milyon 852 min ABŞ dolları, idxal əməliyyatları isə 1,3 dəfə artaraq 752 milyon 561 min ABŞ dolları olub.

Hesabat dövründə Azərbaycan Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsini və idxal əməliyyatlarını ən çox Türkmənistan ilə, ixrac əməliyyatlarını isə Qazaxıstanla aparıb. Ən az göstərici həm ixracda, həm də idxalda Tacikistanla müşahidə olunub.

Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsi 568 milyon 54 min ABŞ dolları, həmçinin ixrac 52 milyon 787 min ABŞ dolları, idxal isə 515 milyon 267 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi 3,6 dəfə, idxal əməliyyatları 3,5 dəfə, ixrac isə 4,6 dəfə artıb.

Qeyd edilən dövrdə Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi 237 milyon 941 min ABŞ dolları, həmçinin ixrac 68 milyon 609 min ABŞ dolları, idxal əməliyyatları isə 169 milyon 332 min ABŞ dolları təşkil edib. 2022-ci ilin analoji dövrünə nisbətən ticarət dövriyyəsi 1,4 dəfə, idxal 1,8 dəfə azalıb, ixrac isə 2,1 dəfə artıb.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Özbəkistan ilə ticarət dövriyyəsi 92 milyon 403 min ABŞ dolları, həmçinin ixrac əməliyyatları 26 milyon 684 min ABŞ dolları, idxal isə 65 milyon 719 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsində 1,1 dəfə, idxalda 1,05 dəfə azalma, ixracda isə 1,05 dəfə artım qeydə alınıb.

Qırğızıstanla ticarət əməliyyatları 21 milyon 640 min ABŞ dolları, həmçinin ixrac 19 milyon 437 min ABŞ dolları, idxal isə 2 milyon 203 min ABŞ dolları təşkil edib. Keçən ilin müvafiq dövrünə nisbətən ticarət dövriyyəsi 4,8 dəfə, ixrac 18,6 dəfə artıb, idxal isə 1,5 dəfə azalıb.

Azərbaycanın Tacikistanla ticarət dövriyyəsi 2 milyon 375 min ABŞ dolları, həmçinin ixrac 2 milyon 335 min ABŞ dolları, idxal isə 40 min ABŞ dolları təşkil edib. İl ərzində ticarət əməliyyatları və ixrac 1,1 dəfə azalıb, idxal isə 1,2 dəfə artıb.

44 filmi