Azərbaycanın ixrac etdiyi sementin həcmi 18 %-ə yaxın artıb
- 31 may, 2025
- 17:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 17 milyon 7,4 min ABŞ dolları dəyərində 262 min 21,59 ton sement (hazır və ya klinker formasında) ixrac edilib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 26,4 %, həcmi isə 17,75 % artıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında sementin payı 1,79 % təşkil edir.
Apreldə isə ölkədən 3 milyon 828,87 min ABŞ dolları məbləğində 78 min 303,91 ton sement (hazır və ya klinker formasında) ixrac edilib ki, bu da keçən ilin analoji dövrünə nisbətən müvafiq olaraq 14,6 % və 18,7 % azdır.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan 950 milyon 86,59 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.
Bu ilin 4 ayında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb.