Azərbaycanın ixrac etdiyi əsas qeyri-neft məhsulları – SİYAHI

Biznes
  • 21 sentyabr, 2024
  • 06:21
Azərbaycanın ixrac etdiyi əsas qeyri-neft məhsulları – SİYAHI

Bu ilin yanvar-avqust aylarında 1 milyard 837 milyon 545,87 min ABŞ dolları dəyərində Azərbaycan mənşəli əsas qeyri-neft məhsulları ixrac edilib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 7 % azdır.

Bu ilin 8 ayında həcminə görə ən çox ixrac edilən Azərbaycan mənşəli əsas qeyri-neft məhsulu hazır və ya klinker formasında sement (510,8 min ton), ən az ixrac edilən məhsul isə mis filizləri və konsentratlarıdır (729 ton).

Aşağıdakı cədvəldə Azərbaycanın bu ilin 8 ayı ərzində ixrac etdiyi əsas qeyri-neft məhsullarının tam siyahısı göstərilib:

Malın adı

Miqdar

2023-cü ilin

Yanvar-avqust

aylarına nisbətən

Statistik dəyər (min ABŞ dolları)

2023-cü ilin yanvar-avqust aylarına nisbətən

Tərəvəz və meyvə, ton

408 097,83

-6,2 %

424 002,36

-3,3 %

Bitki və heyvan mənşəli piylər və yağlar, ton

11 331,95

+60 %

18 585,48

+45,5 %

Şəkər və şəkərdən qənnadı məmulatları, ton

31 039,17

+36 %

24 196,45

+38 %

Sement, hazır və ya klinker formasında, ton

510 894.88

-6,6 %

31 568.82

+1,4 %

Mis filizləri və konsentratları, ton

729,83

-93 %

1 472,03

-89 %

Elektrik enerjisi, 1000 kVt/saat

1 018 685,08

-64 %

57 499,17

-81,7 %

Metanol (metil spirti), ton

322 261,70

+9,3 %

65 030,82

+10,4 %

Azot gübrəsi, ton

361 643,05

+2,2 dəfə

78 653,47

+2 dəfə

Etilen polimerləri, ilkin formalarda, ton

85 340,64

-22 %

94 868,73

-16 %

Polipropilen, ilkin formalarda, ton

35 193,83

-54 %

39 427,69

-52 %

Propilenin sopolimerləri, ilkin formalarda, ton

55 823,78

+18 %

65 036,11

+4 %

Pambıq lifi, ton

91 573,37

+2 dəfə

139 350,64

+66 %

Pambıq iplik, ton

7 255,94

-2,5 %

18 133,23

-16 %

Qara metallar və onlardan hazırlanan məmulatlar, ton

64 154,24

-21 %

57 739,97

-20,8 %

Mis və ondan hazırlanan məmulatlar, ton

2 882.48

+13,5 %

19 926.24

+14,7 %

Alüminium və ondan hazırlanan məmulatlar, ton

50 424,90

-1 %

134 998,10

+0,41 %

Digərləri

-

-

567 056,57

+24 %

Cəmi

-

-

1 837 545,87

-7 %

44 - Tezliklə