Azərbaycanın içki ixracı 3 dəfədən çox artıb

Biznes
  • 21 oktyabr, 2023
  • 10:59
Azərbaycanın içki ixracı 3 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 47,785 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,506 milyon ABŞ dolları yaxud 3,4 dəfə çoxdur.

İlk doqquz ay ərzində Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər və sirkə idxalının dəyəri isə 70,322 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 5,393 milyon ABŞ dolları və ya 8,31 % çoxdur.

Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,18 %-ni, idxal isə ümumi idxalın 0,56 %-ni təşkil edib.