Azərbaycanın gübrə ixracından gəliri 3 dəfə azalıb
- 16 iyun, 2023
- 10:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 30,826 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28,9 % çoxdur.
Hesabat dövründə Azərbaycanın gübrə ixracının dəyəri 30,823 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 2,7 dəfə azdır.
Gübrə üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,45 %-ni, ixrac gəlirləri isə ölkənin ümumi ixrac üzrə qazancının 0,2 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.
5 aylıq xarici ticarət dövriyyəsinin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,5 %, idxal isə 33,2 % artıb.
Son nəticədə xarici ticarətdə 9 milyard 276 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 9,8 % azdır.