Azərbaycanın əsas tədarük bazarından uşaq yeməkləri idxalının dəyəri kəskin artıb
- 24 sentyabr, 2022
- 13:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 12,724 milyon ABŞ dolları dəyərində 1 min 414 ton uşaq yeməkləri (pərakəndə satış üçün çəkilib bükülmüş) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 35,5 %, kəmiyyət olaraq – 4,8 % çoxdur.
Hesabat dövründə Rusiyadan 5,992 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 67 % çoxdur) 648,54 ton (-3,6 %), Niderlanddan 2,988 milyon ABŞ dolları dəyərində (+46 %) 350,42 ton (+46,4 %), Almaniyadan 1,164 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 81,47 ton (+2,1 dəfə), Polşadan 608,6 min ABŞ dolları dəyərində (-49,3 %) 70,49 ton (-47 %), Danimarkadan 503,67 min ABŞ dolları dəyərində (+26 %) 63,19 ton (+4 %) məhsul alınıb.
Qeyd edək ki, ötən il Azərbaycanın xaricdən (23 ölkədən) aldığı 2 min 217 ton uşaq yeməyinin 52 %-i Rusiyanın payına düşüb.