Azərbaycanın Cənub-Şərqi Anadoludan mal idxalının dəyəri 3 % azalıb
- 12 avqust, 2024
- 13:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 44,048 milyon ABŞ dolları dəyərində mal idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin ilin eyni dövrünə nisbətən 3 % azdır.
Hesabat dövründə bölgədən ümumilikdə 6 milyard 535,465 milyon ABŞ dollarlıq məhsul ixrac edilib ki, bu da illik müqayisədə 4 % çoxdur.
7 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük ixrac Yaxın Şərq ölkələrinə (2 milyard 640,47 milyon ABŞ dolları; 5 % çox) həyata keçirilib. Onu Avropa İttifaqı ölkələri (1 066,567 milyon ABŞ dolları; 5 % çox) və Afrika ölkələri (911,990 milyon ABŞ dolları; 1 % az) izləyib.