Azərbaycanın Cənub-Şərqi Anadoludan mal idxalının dəyəri 16 % azalıb
- 26 iyun, 2024
- 09:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 28,77 milyon ABŞ dolları dəyərində mal idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrünə nisbətən 16 % azdır.
Hesabat dövründə bölgədən ümumilikdə 4 milyard 765,069 milyon ABŞ dollarlıq məhsul ixrac edilib ki, bu da illik müqayisədə 8 % çoxdur.
5 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük ixrac Yaxın Şərq ölkələrinə (1 milyard 942,034 milyon ABŞ dolları; 8 % çox) həyata keçirilib. Onu Avropa İttifaqı ölkələri (771,753 milyon ABŞ dolları; 15 % çox) və Afrika ölkələri (642,323 milyon ABŞ dolları; 1 % çox) izləyib.