Azərbaycanın biznes inkubatorları əməkdaşlıq memorandumu imzalayıb

Biznes
  • 30 mart, 2018
  • 11:55
Azərbaycanın biznes inkubatorları əməkdaşlıq memorandumu imzalayıb

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Bakı Biznes Mərkəzində ölkədəki 18 biznes inkubatoru arasında əməkdaşlıq memorandumu imzalanıb. 

“Report” xəbər verir ki, sənədə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Biznes inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır” mövzusunda keçirilən konfransda imza atılıb. 

Nazir müavini Sahib Məmmədov deyib ki, sahibkarlığın inkişafı sahəsində ideyaların formalaşdırılması böyük əhəmiyyət kəsb edir: “Bu gün dünyada startaplar geniş yayılır. Hər startap da uğurlu olmur. Əsas ideyanın formalaşdırılması və onun üzərində işlənməsidir. İqtisadiyyat Nazirliyi olaraq daim biznes inkubatorları ilə görüşürük. Qərara gəldik ki, onların fəaliyyətini əlaqələndirmək üçün Komissiya yaradaq”.