Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi: TOP-5

Biznes
  • 22 avqust, 2023
  • 13:49
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi: TOP-5

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında 15 milyard 482 milyon 216 min ABŞ dolları dəyərində ticarət əməliyyatları aparılıb.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 0,4 % çoxdur.

Yeddi ay ərzində Azərbaycandan Aİ ölkələrinə 13 milyard 704 milyon 253 min ABŞ dolları dəyərində ixrac (5 % az), 1 milyard 777 milyon 963 min ABŞ dolları dəyərində idxal (34,8 % çox) əməliyyatları həyata keçirilib.

Hesabat dövründə Azərbaycan ticarət əməliyyatlarını əsasən İtaliya, Almaniya, Yunanıstan, İspaniya və Çexiya ilə aparıb.

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 9 milyard 584 milyon 220 min ABŞ dolları, o cümlədən ixracı 9 milyard 332 milyon 611 min ABŞ dolları, idxalı isə 251 milyon 609 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi və ixrac 1,1 dəfə azalıb, idxal isə 1,4 dəfə artıb. İtaliyaya ixrac Azərbaycanın ümumi ixracının 44,92 %-i qədər olub.

Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsi 978 milyon 44 min ABŞ dolları, o cümlədən ixracı 427 milyon 797 min ABŞ dolları, idxalı isə 550 milyon 247 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 1,6 dəfə, o cümlədən ixrac 1,5 dəfə, idxal isə 1,6 dəfə artıb.

Azərbaycanın Yunanıstanla ticarət dövriyyəsi 956 milyon 589 min ABŞ dolları, o cümlədən ixracı 946 milyon 237 min ABŞ dolları, idxalı isə 10 milyon 351 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi və ixrac 1,4 dəfə, idxal isə demək olar ki, dəyişməyib.

Azərbaycanın İspaniya ilə ticarət dövriyyəsi 723 milyon 342 min ABŞ dolları, o cümlədən ixracı 654 milyon 707 min ABŞ dolları, idxalı isə 68 milyon 634 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi, ixrac və idxal 1,5 dəfə artıb.

Azərbaycanın Çexiya ilə ticarət əməliyyatları 572 milyon 519 min ABŞ dolları, o cümlədən ixracı 525 milyon 89 min ABŞ dolları, idxalı isə 47 milyon 430 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi və ixrac 1,1 dəfə, idxal isə 1,5 dəfə artıb.

44 - Tezliklə