Azərbaycandan Rusiyaya ixrac edilmiş pomidorda və kahıda zərərli obyektlər aşkarlanıb
- 07 mart, 2023
- 13:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin fevral ayında Azərbaycandan Rusiyaya 2 partiyada ixrac edilmiş 35,3 ton təzə pomidorda və 12 partiyada ixrac olunmuş 186,2 ton kahıda zərərli obyektlər aşkarlanıb.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
"Rosselxoznadzor"un Dağıstanı üzrə İdarəsi, hesabat dövründə həmçinin İrandan 2 partiyada idxal edilmiş 38,9 ton təzə pomidorda və Türkiyədən 1 partiyada idxal olunmuş 12,3 ton təzə pomidorda zərəli obyektlər aşkarlayıb. Həmin məhsulların ümumi çəkisi 272,7 ton olub.
Ümumrusiya Bitki Karantini Mərkəzi (FGBU VNIIKR) yoxladığı məhsullarda Cənubi Amerika pomidor güvəsinin və qərb (Kaliforniya) çiçək tripsinin aşkarlandığını təsdiqləyib.