Azərbaycandan daha bir ölkəyə ətir ixracına başlanılıb
- 01 dekabr, 2022
- 06:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk 9 ayı ərzində Azərbaycana xaricdən 16,677 milyon ABŞ dolları dəyərində 890,35 ton ətir və tualet suyu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,4 %, kəmiyyət olaraq – 7,2 % azdır.
Fransadan 6,241 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % azdır) 69,38 ton (+5,1 %), Rusiyadan 1,784 milyon ABŞ dolları dəyərində (+8,3 %) 149,37 ton (-23,2 %), İspaniyadan 1,507 milyon ABŞ dolları dəyərində (+27 %) 26,39 ton (+2,2 %), İtaliyadan 1,363 milyon ABŞ dolları dəyərində (-26 %) 23,02 ton (-9 %), Polşadan 1,157 milyon ABŞ dolları dəyərində (-47,7 %) 72,63 ton (-46 %) məhsul alınıb.
Hesabat dövründə Azərbaycandan 2,454 milyon ABŞ dolları dəyərində (+4,5 dəfə) 26,19 ton (+78,3 %) ətir və tualet suyu ixrac edilib.
Birləşmiş Ərəb Əmirliklərinə 1,699 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 16,17 ton (+3,1 dəfə), Amerika Birləşmiş Ştatlarına 646,51 min ABŞ dolları dəyərində 4,19 ton (bir il əvvəl tədarük olmayıb), Qırğızıstana 51,03 min ABŞ dolları dəyərində 1,33 ton (2 il 8 aydan sonra bərpa edilib), Küveytə 35,06 min ABŞ dolları dəyərində (+32 dəfə) 2,62 ton (+66 dəfə), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 15,84 min ABŞ dolları dəyərində (+17 dəfə) 0,09 ton (+9 dəfə) məhsul satılıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Latviyaya tədarük həyata keçirilib. Həmin ölkəyə 0,72 min ABŞ dolları dəyərində 0,28 ton ətir göndərilib.