Azərbaycanda TOP-10 dövlət şirkətinin qeyri-neft ixracının dəyəri 2,3 % azalıb

Biznes
  • 28 avqust, 2026
  • 13:10
Azərbaycanda TOP-10 dövlət şirkətinin qeyri-neft ixracının dəyəri 2,3 % azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 662,1 milyon ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (677,6 milyon ABŞ dolları) 15,5 milyon ABŞ dolları və ya 2,3 % azdır.

"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 26,53 % payla SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.

İxracın həcminə görə dövlət şirkətlərinin reytinqi:

Şirkət

2026-cı ilin yanvar-iyul aylarında ixracın həcmi (milyon ABŞ dolları)

2025-cı ilin yanvar-iyul aylarında ixracın həcmi (milyon ABŞ dolları)

Faiz fərqi

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi

175,7

244.3

-28,08%

"AzerGold" QSC

156,4

125.1

25,02%

"SOCAR Polymer" MMC

154,4

157.9

-2,22%

"Azəralüminium" MMC

111,9

76.7

45,89%

"Azərpambıq ASK" MMC

38,4

23.9

60,67%

"Azərbaycan Hava Yolları" QSC

8,7

8.6

1,16%

SOCAR-ın Qaz İxrac İdarəsi

7,7

37.1

-79,25%

"AzərEnerji" ASC

7,5

4

87,50%

"Naxçıvan Enerji" MMC

0,9

0

-

"SOCAR CAPE" MMC

0,5

0

-

Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracı 18,3 % artaraq 2,5 milyard ABŞ dollarına çatıb.