Azərbaycanda "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 300-ü keçib
- 26 avqust, 2026
- 16:14
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 10 KOB subyektinə "Startap" şəhadətnaməsi verib.
"Report" bu barədə KOBİA-ya istinadən xəbər verir.
Məlumata görə, "Startap" şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının iclasında daha 16 layihəyə baxılıb. Onlardan 10-na şəhadətnaməsi verilməsi barədə qərar qəbul olunub.
"Startap" şəhadətnaməsi almış KOB subyektləri şəhadətnaməni aldıqları tarixdən etibarən 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad ediliblər. Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 302-yə çatıb.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və tələb olunan sənədlər, həmçinin meyarlar barədə ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək mümkündür: