Azərbaycanda standartlaşdırma üzrə elektron baza ictimaiyyətə təqdim ediləcək

Biznes
  • 28 mart, 2018
  • 07:43
Azərbaycanda standartlaşdırma üzrə elektron baza ictimaiyyətə təqdim ediləcək

Bakı. 28 mart. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Azərbaycan Standartlaşdırma İnstitutu standartlaşdma üzrə elektron baza yaradıb. 

Bu barədə "Report"un sorğusunun cavab olaraq Dövlət Komitəsindən bildirilib. 

Məlumata görə, bazaya dövlət (milli) standartları (AZS), texniki-iqtisadi və sosial-informasiya təsnifatları (AZT), sahə standartları (SS AZ), rəhbəredici sənədlər (RS), standartlaşdırma üzrə normalar, qaydalar, tövsiyələr və təlimatlar, metodiki vasitələr, müəsissə standartları (MS), texniki şərtlər (TŞ AZ), beynəlxalq standartlar (İSO), Avropa standartları (EN), dövlətlərarası standartlar (ГОСТ), türk standartları (TSE), xarici ölkələrin milli standartları, standart kataloqları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr daxil edilib. İctimaiyyət üçün açıq olacaq bazaya istənilən şəxs daxil olaraq maraqlandığı standartı əldə edə biləcək. Hazırda bazanın internet səhifəsi üzərində işlər yekunlaşmaq üzrədir və yaxın vaxtlarda sayt ictimaiyyətə təqdim ediləcək. 

44 filmi