Azərbaycanda qadın sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği açıqlanıb

Biznes
  • 06 may, 2019
  • 07:19
Azərbaycanda qadın sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği açıqlanıb
İiqtisadiyyat nazirinin müavini Niyazi Səfərov
Report/ Firi Salim

Azərbaycanda fərdi sahibkarlıqla məşğul olan şəxslərin, təxminən, 20%-ni qadınlar təşkil edir.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən Qadın Sosial Sahibkarlıq Forumunda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.

Bundan başqa, onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu indiyə qədər 4 200-dən çox qadın sahibkara 109,1 milyon manat güzəştli kredit verib.