Azərbaycanda minik avtomobilləri illik müqayisədə 10%-yaxın bahalaşıb

Biznes
  • 16 sentyabr, 2017
  • 10:37
Azərbaycanda minik avtomobilləri illik müqayisədə 10%-yaxın bahalaşıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Azərbaycanda minik avtomobillərinin qiyməti iyul ayı ilə müqayisədə orta hesabla 0,5% artıb. 

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, illik müqayisədə isə maşınlar 9,7% bahalaşıb. 

Ötən ay minik avtomobillərinin ehtiyat hissələri də aylıq müqayisədə 0,1%, illik müqayisədə isə 13% bahalaşıb. Ölkədə satılan velosipedlərin qiyməti isə aylıq 0,4%, illik isə 14,8% artıb.