Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı azalıb

Biznes
  • 20 iyun, 2019
  • 09:19
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı azalıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlığının istehsalı sahələrində 97,4 mln manatlıq məhsul istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 7,9%, kompüter, elektron və optik məhsulların istehsalı isə 8,8% azalıb.

Bu dövr ərzində əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 86,7%, məişət soyuducularının istehsalı 26,8% artıb.