Azərbaycanda dövlət şirkətinin əmlakının 15 %-i əmək kollektivinə satılacaq

Biznes
  • 26 yanvar, 2024
  • 12:45
Azərbaycanda dövlət şirkətinin əmlakının 15 %-i əmək kollektivinə satılacaq

Ağstafa rayonunun Vurğun qəsəbəsində yerləşən dövlətə məxsus “Qərb Tekstil” MMC-nin əmlakının 15 %-i və yaxud 319 725 manatlıq hissəsi güzəştli şərtlərlə əmək kollektivinə satılacaq.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, güzəştli satış fevralın 19-na qədər Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139 ünvanında - "Hərracların Təşkili Mərkəzi"ndə həyata keçiriləcək.

Xatırladaq ki, “Qərb Tekstil” 2015-ci ildə yaradılıb. Şirkət 2022-ci ilin ilk aylarına qədər “Akkord Tekstil”, həmin tarixdən sonra isə “Ağstafa Tekstil” adlandırılırdı. Onun nizamnamə kapitalı 2 631 500 manatdır.

44 filmi