Azərbaycanda dəniz nəqliyyatı ilə beynəlxalq daşımalar artıb

Biznes
  • 20 iyul, 2024
  • 06:17
Azərbaycanda dəniz nəqliyyatı ilə beynəlxalq daşımalar artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 1 milyard 121 milyon 283 min ABŞ dolları dəyərində 1 milyon 435 min 665 ton yük daşınıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən müvafiq olaraq 17,1 % və 0,1 % çoxdur.

Altı ayda dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 41 min 626 ton (əvvəlki ilin analoji dövrü ilə müqayisədə 7,8 % çox), dəyəri 63 milyon 24 min ABŞ dolları (24,2 % az) olub.

İdxal olunan yüklərin həcmi isə 1 milyon 394 min 39 ton (0,2 % az), dəyəri 1 milyard 58 milyon 259 min ABŞ dolları (20 % çox) təşkil edib.