Azərbaycanda dəmir yolu nəqliyyatı ilə idxal-ixrac yüklərinin daşınması 14 % azalıb

Biznes
  • 21 fevral, 2024
  • 06:46
Azərbaycanda dəmir yolu nəqliyyatı ilə idxal-ixrac yüklərinin daşınması 14 % azalıb

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 242 milyon 605 min ABŞ dolları dəyərində 553 min 481 ton idxal-ixrac yükü daşınıb.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 23,8 %, həcm baxımından 13,7 % azdır.

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 221 min 477 ton (12,8 % az), dəyəri isə 66 milyon 169 min ABŞ dolları (72,1 % az) təşkil edib.

Qeyd edilən dövrdə 176 milyon 436 min ABŞ dolları (5,7 % az) dəyərində 332 min 4 ton (14,3 % az) yük idxal olunub.

44 filmi