Azərbaycanda daha bir şirkətə “Halal” uyğunluq sertifikatı təqdim edilib
- 21 avqust, 2025
- 10:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) “AZSTANDART Halal” sertifikatlaşdırma orqanı "Zəhmət Ruzi" MMC-yə istehsal etdiyi kolbasa və sosiska məhsulları (“Tamdad”, “Ekonom”, “Payım” və “Ümid”) üzrə “Halal” uyğunluq sertifikatı təqdim edib.
"Report" bu barədə AZSTAND-a istinadən xəbər verir.
“Halal” uyğunluq sertifikatı əldə etmək istəyən sahibkarlar İnstitutun rəsmi internet səhifəsində yerləşdirilmiş https://azstand.gov.az/az/halal-sertifikat-ucun-muraciet linki üzərindən müraciət formasını müvafiq qaydada dolduraraq halal@azstand.gov.az elektron ünvanına göndərə bilərlər. Müraciətlər əsasında məhsul, xidmət, proses və idarəetmə sistemlərinin OIC/SMIIC 1:2019 “Halal qidaya dair ümumi tələblər” standartının tələblərinə uyğunluğu qiymətləndirildikdən sonra sahibkara aidiyyəti üzrə xidmət göstəriləcək. Uyğunluğun qiymətləndirilməsi prosesində texniki ekspertlərlə yanaşı, İslam dini məsələləri üzrə mütəxəssis iştirak edir. Yekunda Qərarvermə Komissiyasının müvafiq qərarı əsasında müraciətçiyə “Halal” uyğunluq sertifikatı təqdim olunur.
“AZSTANDART Halal” sertifikatlaşdırma orqanını Türkiyənin Halal Akkreditasiya Qurumu (HAK) və Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) akkreditasiya edib. Akkreditasiya prosesini İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) OIC/SMIIC 2:2019 standartı əsasında həyata keçirib.