Azərbaycanda avtomobil idxalına çəkilən xərc 20 %-dən çox artıb
- 18 may, 2022
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 294 milyon ABŞ dolları dəyərində 23 356 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 20,3 % artıb və 2,1 % azdır.
İlk 4 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 5,4 dəfə artaraq 238 ədəd (36,4 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 1,7 % azalaraq 21 574 ədəd (214 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 4 156-sı (36,4 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 92-si (2,9 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 48,16 %, ikincinin isə 3,8 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 26,13 % azalaraq 1 443 ədəd (31,1 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2,4 dəfə artaraq 101 ədəd (12,4 milyon ABŞ dolları dəyərində) olub.