Azərbaycanda 251 min vergi ödəyicisi "ASAN İmza" sertifikatı alıb

Biznes
  • 21 dekabr, 2016
  • 06:46
Azərbaycanda 251 min vergi ödəyicisi ASAN İmza sertifikatı alıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında vergi ödəyicilərinə xidmət strukturlarında qəbul edilmiş vergi ödəyicilərinin sayı 47 126 nəfər, göstərilmiş xidmətlərin sayı isə 82500 olub. Bu barədə "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, dekabrın 1-nə vergi ödəyicilərinə ümumilikdə 251 012, o cümlədən noyabr ayında 5 605 sayda "ASAN İmza" sertifikatı verilib.

44 - Tezliklə