Azərbaycana üç ölkədən küncüt yağının idxalı bərpa edilib
- 14 mart, 2023
- 06:22
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycana xaricdən 15 min ABŞ dolları dəyərində 2,2 ton küncüt yağı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 36 %, kəmiyyət olaraq – 16 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 6,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % çoxdur) 1,2 ton (+26 %), Rusiyadan 2,7 min ABŞ dolları dəyərində (-48 %) 0,35 ton (-58 %), Meksikadan 2,5 min ABŞ dolları dəyərində (+12,7 dəfə) 0,2 ton (+20 dəfə), Türkiyədən 1,1 min ABŞ dolları dəyərində (+18,3 dəfə) 0,17 ton (+17 dəfə), Böyük Britaniyadan 0,8 min ABŞ dolları dəyərində (+64 %) 0,2 ton (+3,6 dəfə) məhsul alıb.
İki il 6 aylıq fasilənin ardından Hindistandan (0,7 min ABŞ dolları dəyərində 0,04 ton), 1 il 11 aylıq aradan sonra İtaliyadan (0,15 min ABŞ dolları dəyərində 0,01 ton) və 1 il 9 ayın tamamında Lüksemburqdan (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) idxal bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Almaniyadan (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) və Paraqvaydan (0,15 min ABŞ dolları dəyərində 0,02 ton) tədarük həyata keçirilib.