Azərbaycana beş ölkədən qum idxalı bərpa edilib

Biznes
  • 16 mart, 2023
  • 06:54
Azərbaycana beş ölkədən qum idxalı bərpa edilib

Ötən il Azərbaycana 6,2 milyon ABŞ dolları dəyərində 86 min 861 ton qum (silisumlu, kvarslı, digər növlərdən olan təbii qum) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 64,5 %, kəmiyyət olaraq – 27 % çoxdur.

Hesabat dövründə Rusiyadan 5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 61 % çoxdur) 82 min 476 ton (+27 %), Türkiyədən 586 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 2 min 334 ton (+57 %), İrandan 339 min ABŞ dolları dəyərində (+54 %) 1 min 837 ton (+34 %), İtaliyadan 278 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 109 ton (+35 %), Böyük Britaniyadan 70,85 min ABŞ dolları dəyərində 16,2 ton məhsul alınıb.

Azərbaycana Amerika Birləşmiş Ştatlarından (0,1 min ABŞ dolları dəyərində 0,01 ton), Belçikadan (0,1 min ABŞ dolları dəyərində 0,01 ton), İsveçdən (25 min ABŞ dolları dəyərində 6,1 ton), Səudiyyə Ərəbistanından (5,6 min ABŞ dolları dəyərində 2,5 ton) və Böyük Britaniyadan tədarük bərpa edilib.