Azərbaycan Yunanıstandan odadavamlı sement almağa başlayıb
- 11 mart, 2025
- 14:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan 8,32 milyon ABŞ dolları dəyərində 6 852 ton odadavamlı sement idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 12 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 4,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % çoxdur) 3 685 ton (+14 %), Bolqarıstandan 1,64 milyon ABŞ dolları dəyərində (-11 %) 740 ton (-14 %), Rusiyadan 390 min ABŞ dolları dəyərində (+5 %) 1 072 ton (+74 %), Polşadan 309 min ABŞ dolları dəyərində (+27 %) 259 ton (+30 %), Çindən 298 min ABŞ dolları dəyərində (-14 %) 312 ton (-40 %) məhsul alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yunanıstandan tədarük (6,7 min ABŞ dolları dəyərində 2,9 ton) həyata keçirilib.