Azərbaycan Yunanıstandan fiber-optik kabel tədarük etməyə başlayıb

Biznes
  • 20 iyun, 2024
  • 14:00
Azərbaycan Yunanıstandan fiber-optik kabel tədarük etməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 13,1 milyon ABŞ dolları dəyərində 3 min 107 ton fiber-optik kabel idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 2,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 6,35 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çoxdur) 1 min 664 ton (+4,6 dəfə), Rusiyadan 2,7 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 510 ton (+3 dəfə), Türkiyədən 2,6 milyon ABŞ dolları dəyərində (+8 %) 678 ton (+70 %), Belarusdan 1,25 milyon ABŞ dolları dəyərində (+32 %) 248 ton (+37 %), Qazaxıstandan 63 min ABŞ dolları dəyərində 5,9 ton (bir il əvvəl tədarük olmayıb) kabel alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yunanıstandan (0,5 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.

44 filmi