Azərbaycan Yunanıstana tütün ixracını 5 dəfə artırıb
- 02 aprel, 2025
- 16:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 727 min ABŞ dolları dəyərində 262,2 ton tütün göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 63 %, kəmiyyət olaraq – 63 % çoxdur.
Hesabat dövründə Azərbaycan Yunanıstana 298,6 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 5 dəfə çoxdur) 91,4 ton (+5 dəfə), Qazaxıstana 168,3 min ABŞ dolları dəyərində 77,5 ton (bir il əvvəl tədarük olmayıb), Bolqarıstana 124 min ABŞ dolları dəyərində (-73 %) 53 ton (-64 %), Litvaya 88,5 min ABŞ dolları dəyərində (-25 %) 20,6 ton (-51 %) və Rusiyaya 47,3 min ABŞ dolları dəyərində (-86 %) 19,7 ton (-90 %) məhsul satıb.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 6,9 min ton tütünün 20 %-i İtaliyanın, 19,4 %-i Bolqarıstana, 16,8 %-i BƏƏ-nin payına düşüb.