Azərbaycan Yunanıstana polietilen ixracını bərpa edib
- 04 aprel, 2024
- 05:56
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar ayında Azərbaycan 7 milyon ABŞ dolları dəyərində 6 min 858 ton polietilen ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 53 %, kəmiyyət olaraq – 54 % azdır.
Azərbaycan Rusiyaya 4,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 31 % azdır) 4 min 411 ton (-28 %), Ukraynaya 1,4 milyon ABŞ dolları dəyərində (+17 dəfə) 1 min 575 ton (+19 dəfə), Belarusa 354 min ABŞ dolları dəyərində (+57 %) 357 ton (+89 %), Türkiyəyə 262 min ABŞ dolları dəyərində (-96 %) 336 ton (-96 %), Yunanıstana 84,4 min ABŞ dolları dəyərində 96 ton məhsul satıb.
Azərbaycan 8 il 9 aylıq fasilənin ardından Yunanıstana polietilen tədarükünü bərpa edib.