Azərbaycan yeyinti məhsullarının idxalına çəkdiyi xərci 7 %-ə yaxın artırıb

Biznes
  • 21 mart, 2023
  • 12:40
Azərbaycan yeyinti məhsullarının idxalına çəkdiyi xərci 7 %-ə yaxın artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 360,3 milyon ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 % çoxdur.

Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, 2 ay ərzində ölkəyə 11,9 milyon ABŞ dolları dəyərində 7,3 min ton ət, 4,2 milyon ABŞ dolları dəyərində 1,8 min ton süd və qaymaq, 10,3 milyon ABŞ dolları dəyərində 1,7 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar, 46,9 milyon ABŞ dolları dəyərində 70,8 min ton meyvə-tərəvəz, 10,2 milyon ABŞ dolları dəyərində 1,9 min ton çay, 81,9 milyon ABŞ dolları dəyərində 268,1 min ton buğda, 5,2 milyon ABŞ dolları dəyərində 17,6 min ton qarğıdalı, 13,9 milyon ABŞ dolları dəyərində 16 min ton düyü, 23 milyon ABŞ dolları dəyərində 15,7 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.

Hesabat dövründə yeyinti məhsullarının idxalına çəkilən xərc ümumi idxal xərclərinin 13,6 %-i qədər olub.

44 filmi