Azərbaycan Yaponiyadan viski alışını kəskin artırıb

Biznes
  • 04 oktyabr, 2023
  • 12:21
Azərbaycan Yaponiyadan viski alışını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 4,54 milyon ABŞ dolları dəyərində 11 min dekalitr viski gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 38 % çoxdur.

Azərbaycan Böyük Britaniyadan 2,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çoxdur) 5,67 min dekalitr (+13,4 %), İrlandiyadan 936 min ABŞ dolları dəyərində (+54 %) 3,16 min dekalitr (+58 %), Amerika Birləşmiş Ştatlarından 795 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 1,92 min dekalitr (+2,5 dəfə), Yaponiyadan 143 min ABŞ dolları dəyərində (+6,5 dəfə) 0,19 min dekalitr (+19 dəfə), Almaniyadan 23,87 min ABŞ dolları dəyərində (-17 %) 0,01 min dekalitr (-80 %) viski alıb.

Hesabat dövründə Azərbaycandan 3,5 milyon ABŞ dolları dəyərində (+69 dəfə) 99,1 min dekalitr (+241 dəfə) viski ixrac edilib.

Azərbaycan Rusiyaya 3,25 milyon ABŞ dolları dəyərində 94,87 min dekalitr (bir il əvvəl tədarük olmayıb), Belarusa 177,84 min ABŞ dolları dəyərində 4 min dekalitr (bir il əvvəl tədarük olmayıb), Təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 64,31 min ABŞ dolları dəyərində (+15 dəfə) 0,02 min dekalitr (dəyişməyib), və Ukraynaya 10,1 min ABŞ dolları dəyərində (+6 dəfə) 0,1 min dekalitr (-50 %) viski satıb.

2022-ci ildə Azərbaycana (13 ölkədən) idxal edilmiş 15,36 min dekalitr viskinin 64,2 %-i Böyük Britaniyanın, 25 %-i İrlandiyanın payına düşüb.

44 - Tezliklə