Azərbaycan Yaponiyadan qol saatlarının idxalını kəskin artırıb

Biznes
  • 30 aprel, 2025
  • 11:33
Azərbaycan Yaponiyadan qol saatlarının idxalını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 3 milyon ABŞ dolları dəyərində 210 169 ədəd qol saatı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 % çox, kəmiyyət olaraq – 26 % azdır.

Hesabat dövründə Azərbaycan İsveçrədən 1,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % az) 2 784 ədəd (+38 %), Çindən 955 min ABŞ dolları dəyərində (+25 %) 204 100 ədəd (-27 %), Tailanddan 72 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 889 ədəd (+2,6 dəfə), İndoneziyadan 45,3 min ABŞ dolları dəyərində 1 749 ədəd, Yaponiyadan 35 min ABŞ dolları dəyərində (+6 dəfə) 364 ədəd (+7 dəfə) saat alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 21,1 milyon ABŞ dolları dəyərində qol saatlarının 66 %-i İsveçrənin payına düşüb.