Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi taxta materialları alacaq

Biznes
  • 19 yanvar, 2017
  • 05:35
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi  taxta materialları alacaq

Bakı. 19 yanvar.REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC taxta materiallarının alınması məqsədilə açıq müsabiqə elan edib. 

"Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.

Müraciət üçün son müddət yanvarın 25-dir. 

44 - Tezliklə