Azərbaycan xarici ölkələrə viski satışını 745 dəfə artırıb

Biznes
  • 13 may, 2023
  • 07:19
Azərbaycan xarici ölkələrə viski satışını 745 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 974 min ABŞ dolları dəyərində 1,97 min dekalitr viski gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 61,5 % çoxdur.

Azərbaycan Böyük Britaniyadan 632,74 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % çoxdur) 0,99 min dekalitr (+41,4 %), İrlandiyadan 197 min ABŞ dolları dəyərində (+66,1 %) 0,68 min dekalitr (+65,9 %), Amerika Birləşmiş Ştatlarından 104,34 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 0,26 min dekalitr (+3,3 dəfə), Yaponiyadan 38,2 min ABŞ dolları dəyərində (+8,9 dəfə) 0,03 min dekalitr (+3 dəfə), Almaniyadan 1,35 min ABŞ dolları dəyərində 0,01 min dekalitr (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Hesabat dövründə Azərbaycan xarici ölkələrə 861 min ABŞ dolları dəyərində (+354 dəfə) 22,36 min dekalitr (+745 dəfə) viski ixrac edib.

Rusiyaya 734,84 min ABŞ dolları dəyərində 20,58 min dekalitr (bir il əvvəl tədarük olmayıb), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 60,2 min ABŞ dolları dəyərində (+90 dəfə) 0,01 min dekalitr (dəyişməyib), Belarusa 55,44 min ABŞ dolları dəyərində 1,67 min dekalitr (bir il əvvəl tədarük olmayıb) və Ukraynaya 10,1 min ABŞ dolları dəyərində (+6,3 dəfə) 0,1 min dekalitr (+5 dəfə) məhsul satılıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycandan ixrac edilən 122,32 min dekalitr viskinin 98,3 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə