Azərbaycan və türk iş adamları Qarabağdakı biznes imkanlarını müzakirə edib
- 12 iyun, 2025
- 15:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və türk iş adamları arasında Qarabağdakı biznes imkanları müzakirə edilib.
“Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, müzakirələr Türkiyənin İğdır vilayətinin valisi Ercan Turanın rəhbərlik etdiyi türk iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşdə baş tutub: “Ölkəmizin əlverişli işgüzar mühiti, işğaldan azad olunmuş ərazilərimizdəki biznes fürsətləri haqqında həlumat verdik, biznes dairələri arasında tərəfdaşlığın möhkəmləndirilməsi və birgə təşəbbüslərin gerçəkləşdirilməsi imkanlarını dəyərləndirdik”.
#Türkiyə-nin İğdır vilayətinin valisi Ercan Turanın (@valiercanturan) rəhbərlik etdiyi türk iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşməkdən məmnun olduq. Ölkəmizin əlverişli işgüzar mühiti, azad olunmuş ərazilərimizdəki #biznes fürsətləri haqqında məlumat verdik, biznes… pic.twitter.com/afdmcDrLcD
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 12, 2025
***
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə qarşılıqlı hörmət, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, qeyd olunub ki, dövlət başçılarının imzaladığı "Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” yüksək səviyyəli tərəfdaşlığı təşviq edir.
"Türkiyə ilə iqtisadi-ticarət əlaqələri genişlənir. Türkiyə ölkəmizin ikinci əsas ticarət tərəfdaşıdır. Hökumətlər arasında imzalanmış Preferensial Ticarət Sazişi ticarət əlaqələrinin genişlənməsinə töhfə verir. İnvestisiya üzrə işbirliyi də möhkəmlənir. İşğaldan azad olunmuş ərazilərimizdə birgə layihələr reallaşdırılır. Qardaş ölkə ilə sənaye, texnologiya, özəl sektor, nəqliyyat, kənd təsərrüfatı, əczaçılıq, tibbi avadanlıqların təchiz olunması, turizm və digər istiqamətlər üzrə səmərəli işbirliyi həyata keçirilir", - deyə görüşdə bildirilib.
Bundan başqa, görüş zamanı ölkəmizdəki əlverişli işgüzar mühit, investorlar üçün yaradılan imkanlar, azad olunmuş ərazilərimizdə biznes fürsətləri haqqında məlumat verilib, Türkiyə sahibkarları, o cümlədən iğdırlı iş adamları fəal işbirliyinə dəvət olunublar.
Tərəflər biznes nümayəndələri arasında əməkdaşlığın möhkəmləndirilməsi və birgə təşəbbüslərin gerçəkləşdirilməsi imkanlarını dəyərləndiriblər.