Azərbaycan və Pakistan qarşılıqlı investisiya axınlarının artırılmasını müzakirə edib
- 25 noyabr, 2025
- 13:42
Azərbaycan və Pakistan arasında qarşılıqlı investisiya axınlarının artırılması müzakirə edilib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib.
Nazir bildirib ki, Pakistan İslam Respublikasına səfəri çərçivəsində Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşüb.
"Neft-qaz sektoruna sərmayələr də daxil olmaqla, qarşılıqlı investisiya axınlarının artırılması, birgə layihələrin təşviqi və biznes dairələri arasında əməkdaşlığın fəal dəstəklənməsi barədə fikir mübadiləsi apardıq.
#Pakistan İslam Respublikasına səfərimiz çərçivəsində Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının (@sifcpakistan) milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşməkdən məmnun olduq. #Neft-#qaz sektoruna sərmayələr də daxil olmaqla, qarşılıqlı… pic.twitter.com/6MI2MOhUuW
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 25, 2025