Azərbaycan və BƏƏ iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Biznes
  • 25 aprel, 2025
  • 16:19
Azərbaycan və BƏƏ iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə iqtisadi sektorda birgə fəaliyyəti, ticarət, investisiya, sənaye parkları və "yaşıl enerji" sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıb.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bu barədə müzakirələr BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.

***

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin yüksək səviyyədə olduğu, iqtisadi sahədə uğurlu əməkdaşlıq edildiyi vurğulanıb.

Tərəflər yaşıl iqtisadiyyata keçid sahəsində investisiyaların təşviqi, sənaye, biznes, ticarət və turizm əlaqələrinin genişləndirilməsi və ölkələrimizin iqtisadi diversifikasiya hədəflərinə yönəlik əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.