Azərbaycan Ukraynaya kələm ixracını kəskin artırıb

Biznes
  • 10 iyul, 2025
  • 16:20
Azərbaycan Ukraynaya kələm ixracını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 170 min ABŞ dolları dəyərində 205 ton kələm (gül kələmindən, Brüssel kələmindən və brokkolidən başqa) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 46 %, kəmiyyət olaraq – 71 % azdır.

Hesabat dövründə Azərbaycan Ukraynaya 125,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10,5 dəfə çox) 166,9 ton (+8 dəfə), Rusiyaya 33,3 min ABŞ dolları dəyərində (-89 %) 37 ton (-95 %) və Səudiyyə Ərəbistanına 11,1 min ABŞ dolları dəyərində 0,75 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 841 ton kələmin 97,5 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə