Azərbaycan Ukraynadan mal əti alışını kəskin artırıb

Biznes
  • 04 aprel, 2024
  • 08:33
Azərbaycan Ukraynadan mal əti alışını kəskin artırıb

2024-cü ilin yanvar ayında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 673 ton iribuynuzlu heyvan əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 88 %, kəmiyyət olaraq – 66 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynadan 1,95 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 418 ton (+3 dəfə), Belarusdan 267,7 min ABŞ dolları dəyərində (-11 %) 71,1 ton (+4,4 %), Braziliyadan 183 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 102 ton (+3 dəfə), Hindistandan 106 min ABŞ dolları dəyərində (+73 %) 51,99 ton (+92,5 %), Rusiyadan 52 min ABŞ dolları dəyərində 19,1 ton (bir il əvvəl tədarük olmayıb) mal əti alıb.

2023-cü ildə Azərbaycana 21 ölkədən idxal edilmiş 8 min 168 ton mal ətinin 46,7 %-i Ukraynanın payına düşüb.

44 - Tezliklə