Azərbaycan tütün və tütün əvəzedicilərinin ixracından gəlirlərini 3 dəfədən çox artırıb

Biznes
  • 24 sentyabr, 2022
  • 07:23
Azərbaycan tütün və tütün əvəzedicilərinin ixracından gəlirlərini 3 dəfədən çox artırıb
google.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 63,2 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzedicilərini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 milyon ABŞ dolları (1,12 %) azdır.

Bu ilin 8 ayı ərzində Azərbaycanın ixrac etdiyi tütün və tütünün sənaye əvəzedicilərinin dəyəri isə 15 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 9,1 milyon ABŞ dolları yaxud 3,4 dəfə çoxdur.

Hesabat dövründə tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,71 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,06 %-ni təşkil edib.