Azərbaycan tütün ixracından gəlirini 5 dəfədən çox artırıb

Biznes
  • 24 aprel, 2024
  • 11:32
Azərbaycan tütün ixracından gəlirini 5 dəfədən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 26,4 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 11,5 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 5,3 dəfə çoxdur.

Tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-ni, ixrac isə ümumi ixracın 0,2 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,6 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,7 %, idxal isə 7,9 % azalıb.

Son nəticədə xarici ticarətdə 2 milyard 273 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 38,7 % azdır.