Azərbaycan tütün ixracından gəlirini 4 dəfədən çox artırıb
- 17 avqust, 2024
- 10:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 67,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 33,165 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,2 dəfə çoxdur.
Tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,63 %-ni, ixrac isə ümumi ixracın 0,21 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,3 % azdır.
Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 12,9 % artıb.
Son nəticədə xarici ticarətdə 5 milyard 306 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,1 dəfə azdır.