Azərbaycan Türkiyəyə alma satışını bərpa edib
- 01 iyul, 2025
- 11:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 26,6 milyon ABŞ dolları dəyərində 38 798 ton alma ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 27 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 24,2 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 38 % çox) 35 706 ton (+37 %), Birləşmiş Ərəb Əmirliklərinə 757 min ABŞ dolları dəyərində (+5 %) 880 ton (-32 %), Özbəkistana 606 min ABŞ dolları dəyərində (-43 %) 523 ton (-57 %), Qazaxıstana 403 min ABŞ dolları dəyərində (-24 %) 1 011 ton (-22 %), Qətərə 246 min ABŞ dolları dəyərində (+37 %) 288 ton (+34 %) alma satıb.
Azərbaycan 2 il 2 aylıq fasilənin ardından Türkiyəyə alma (191,3 min ABŞ dolları dəyərində 133,3 ton) tədarükünü bərpa edib.