Azərbaycan Türkiyədən tekstil məhsullarının idxalına çəkdiyi xərci 3 %-ə yaxın artırıb

Biznes
  • 04 oktyabr, 2025
  • 16:47
Azərbaycan Türkiyədən tekstil məhsullarının idxalına çəkdiyi xərci 3 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 36,789 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur.

Təkcə sentyabrda isə Türkiyə Azərbaycana 4,402 milyon ABŞ dolları dəyərində tekstil məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 18,7 % azdır.

9 ayda Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 0,5 % artaraq 7 milyard 048 milyon ABŞ dolları, sentyabrda isə 2,2 % azalaraq 787 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox tekstil məhsulları idxalı İtaliya 564,224 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 2 % az), Misir 410,711 milyon ABŞ dolları (+ 29,8 %) və İspaniya 388,243 milyon ABŞ dolları (+ 6,9 %) dəyərində həyata keçirib.

Son xəbərlər

Bütün Xəbər Lenti