Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 23 %-dən çox artırıb

Biznes
  • 10 dekabr, 2022
  • 13:07
Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 23 %-dən çox artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 121,452 milyon ABŞ dolları dəyərində polad idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,4 % çoxdur.

Təkcə bu ilin oktyabr ayında isə Türkiyə Azərbaycana 14,071 milyon ABŞ dollarlıq polad ixrac edib ki, bu da illik müqayisədə 15,1 % çoxdur.

Bu ilin ilk 11 ayında Türkiyənin ümumi polad ixracının dəyəri illik müqayisədə 1,1 % azalaraq 19,766 milyard ABŞ dollarına çatıb, noyabr ayında isə 33,1 % azalaraq 1,348 milyard ABŞ dollarına enib.

44 filmi