Azərbaycan Türkiyədən ötən il polad idxalına çəkdiyi xərci açıqlayıb
- 05 yanvar, 2026
- 12:26
Ötən il Azərbaycan Türkiyədən 109,75 milyon ABŞ dolları dəyərində polad idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 8,4 % çoxdur.
Türkiyədən ən çox bu məhsul idxalını Rumıniya 1 milyard 375,056 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 4,4 % çox), İtaliya 1 milyard 126,672 milyon ABŞ dolları (+1,8 %) və Almaniya 744 milyon ABŞ dolları (+5 %) dəyərində həyata keçirib.
Təkcə dekabrda Türkiyə Azərbaycana 10,749 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 12,9 % çoxdur.
Türkiyənin 2025-ci ildə ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 2,5 % artaraq 16 milyard 542 milyon ABŞ dolları, dekabrda isə 5,3 % artaraq 1 milyard 510 milyon ABŞ dolları olub.