Azərbaycan Türkiyədən meşə materiallarının idxalını kəskin artırıb

Biznes
  • 29 may, 2025
  • 14:22
Azərbaycan Türkiyədən meşə materiallarının idxalını kəskin artırıb

Bu ilin I rübündə Azərbaycan 39,8 milyon ABŞ dolları dəyərində 180 620 kubmetr meşə materialları (uzununa doğranmış) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,1 % çox, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan Belarusdan 28,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % çoxdur) 127 716 kubmetr (+2 %), Rusiyadan 11,35 milyon ABŞ dolları dəyərində (-12 %) 52 697 kubmetr (-13 %), Türkiyədən 65,7 min ABŞ dolları dəyərində (+24 dəfə) 33,3 kubmetr (+7 dəfə), Ukraynadan 54,2 min ABŞ dolları dəyərində (+0,6 %) 79 kubmetr (-31 %) və Çindən 19 min ABŞ dolları dəyərində 94 kubmetr (bir il əvvəl tədarük olmayıb) material alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 837,3 min kubmetr meşə materiallarının 66 %-i Belarusun payına düşüb.

44 filmi